Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev
Ana səhifə Müəllif Simalar Şəhidlər Kəndləri Xəritəsi






























































  LİNKLƏR
    yardimli.net
    yardimlim.wordpress.com/
Bəhruz Mansurov
Mansurov Bəhruz Qəhrəman oğlu - 13 mart 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma kəndlərində almışdır. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə qəbul olur. Təhsil aldığı müddətdə 1995-ci il martın 16-sı Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bəhruz da bir vətən oğlu kimi əlinə silah alaraq vətənin azadlığı uğrunda ayağa qalxanlardan oldu. Ölkə vətəndaş müharibəsinin təhlükəsini yaşadığı bir vaxtda, 20 yaşlı Bəhruz da vətənpərvərlik borcunu yerinə yetirirdi. Bəhruza silahlı dəstəni zərərsizləşdirmək tapşırılmışdır. Bu vəzifəni yerinə yetirərkən namərd gülləsi onu ağır yaraladı. Aldığı yaradan çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümükün olmadı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Yardımlı rayonunun Telavar kəndində dəfn edilmişdir.
Təhsil aldığı orta məktəb onun adını daşıyır.
copyright © 2009 - 2017