Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev
Ana səhifə Müəllif Simalar Şəhidlər Kəndləri Xəritəsi






























































  LİNKLƏR
    yardimli.net
    yardimli.tk
İqbal Babayev
Babayev İqbal Alıcan oğlu 7 avqust 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1981-ci ildə Yardımlı qəsəbəsindəki 2 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin göndərişi ilə ali təhsil almaq üçün Kiyev şəhərinə göndərilmişdir.
1986-ci ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) “Avtomatlaşdırma və İnformasiya texnologiyaları” fakültəsini bitirərək elmi işini davam etdirmək üçün dövlət imtahan attestasiya komissiyası Azərbaycan hökumətinə müraciət etmişdir.
1986-1991 illərdə həmin universitetdə Ukrayna əməkdar elmlər xadimi, Dövlət Mükafatı Lauriatı, professor S.D.Bushuyevin rəhbərliyi ilə aspiranturaya daxil olmuş, elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Bu müddətdə informasiya texnologiyaları üzrə həmin universitetdə mühazirələr oxumuş, tələbələr üçün metodiki göstərişlər çap etdirmişdir.
Elmi işi mürəkkəb sustemlərin modelləşdirilməsi, idarəedilməsi və mürəkkəb layihələrin və proseslərin idarəetmə alqoritminin obyekt-yönümlü üsullarla yazılışı ilə bağlıdır.
Elmi işin nəticələri Ukraynanın Kiyev və Çerkassı şəhərlərində tətbiq edilmişdir.
1989-cu ildə Kiyevdə “İlin ən yaxşı rasionalizatoru” adı almışdır. Unversitetin ictimai həyatında fəal iştirak etmiş və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə “ən yaxşı müəllimlik fəaliyyətinə” görə diploma layiq görülmüşdür.
1986-1991 illərdə Kiyev şəhərində “POİSK” – kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir.
1990-cı ildə Kiyevdə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Həmin ildən başlayaraq “Layihələrin genetik modeli əsasında təşkilatların inkişaf proqramının idarə edilməsində innovasiya texnologiyaları” mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləmiş və 2006-cı ildə müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi adını almışdır. Dünyada tanınmış “Layihələrin genetik modeli” elmi istiqamətinin müəllifidir.
1991-ci ildə əmək fəaliyyətini Azərbaycanda başlamışdır.
1991-ci ildə Azərbaycan İnşaat və memarlıq Universitetində, assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir.
1999-cu ildə dosent elmi rütbəsi almışdır.
1992-2000 illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri işləmişdir.
2000-2008 illərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləmişdir.
Seçki texnologiyaları üzrə bir ixtiranın müəllifi, 2002-ci ildən Avropa Şurasında (Strastburq şəhəri) fəaliyyət göstərən “e-Election и e-Voting seçki texnologiyalarının hüquqi və texniki standartları” üzrə işçi qrupunun üzvü və ekserti olmuşdur.
“Seçkilər - informasiya texnologiyaları güzgüsüundə” kitabının müəllifidir.
1996-cı ildə 46 ölkəni özündə birləşdirən Layihələrin İdarə Edilməsı Beynəlxalq Assosiasiyasının (IPMA) üzvü olan Layihələrin İdarə Edilməsı Azərbaycan Assosiasiyasını (AZPMA) təsis etmiş və prezidenti seçilmişdir. 2002-ci ildən Beynəlxalq Assosiasiyanın direktorlar şurasının üzvü seçilmiş və Azərbaycanda “Project Management” beynəlxalq sertifikatlaşdırma proqramının rəhbəri təyin edilmişdir. Bu sahədə dünyada müəyyən edilmiş Project Management üzrə “Birinci assesor” dərəcəsinə layiq görülmüşdür.
Amerikanın „Project Management Institute USA“ təşkilatının üzvü seçilmişdir.
Project Management sahəsində mütəxəssislərin hazırlanması üçün „Biznes Akademiya“ tədris mərkəz yaratmış və 500-dən çox Azərbaycan vətəndaşı bu mərkəzdə təhsil almış, onlardan 130 nəfəri beynəlxalq dərəcəli diplomlara layiq görülmüşdür.
2001-ci ildə Layihələrin idarə edilməsi (Project Management) üzrə tədris proqramı yaratmışdır. Hal-hazırda bu proqram əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rəhbər kadrlar üçün mühazirələr oxunur.
2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda “Layihələrin İdarə Edilməsi texnologiyaları” üzrə laboratoriya yaratmış və hal hazırda ona rəhbərlik edir. Müdafiə şurasının üzvüdür. Project Management üzrə Ukraynada və Azərbaycanda aspirantları vardır.
Bu sahədə 4 monoqrafiyanın müəllifidir:
1. Layihələrin genetik modeli əsasında təşkilatların inkişaf proqramının idarə edilməsi – Kiyev ş.
2. Layihələrin idarə edilməsinin metodologiyası – Bakı ş.
3. Layihələrin idarə edilməsi – Bakı ş.
4. Layihələrin idarə edilməsi üzrə professional biliklərin əsasları – Bakı ş.
80 elmi-metodiki işin, tələbələr üçün 2 dərsliyin, məktəblilər üçün 8 azərbaycan və rus dillərində dərsliklərin müəllifidir. Ümumi redaktəsi altında Amerikanın PMI İnstitutuna məxsus olan PMBOK kitabının Azərbaycan nəşri çap olunmuşdur. 6 elmi əsərinə müəllif hüququ verilmişdir.
Amerika, İngiltərə, Fransa, İsveçrə, Almaniya, Avstriya, İtaliya, İspaniya, Hollandiya, Danimarka, Polşa, Macarıstan, Türkiyyə, İran, Russiya, Ukrayna, Kazaxstan ölkələrində konfranslarda məruzə ilə çıxış etmişdir. 2000-ci ildən layihələrin idarə edilməsi dünya konqresinin təşkilat komitəsinin üzvüdür. 2004-cü ildə “Azərbaycanın tanınmış alimi” (Famous scientists of Azerbaijan), beynəlxalq diploma layiq görülmüşdür.
Azərbaycanda “İlin ən yaxşı layihəsi” İNTELLEKT mükafatının təsis etmişdir.
2005-ci ildə «Азербайджан е-Content 2005» müsabiqəsini «е-Learning» layihəsinin qalibi olmuşdur.
2006-cı ildə Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse prezidenti seçilmişdir.
Kiyev İnşaat və Memarlıq Milli Universitetinin professorudur.
«Óïðàâ¬ëåíèå Ïðîåêòàìè» (Rusiya), «Óïðàâ¬ëåíèå Ïðîåêòàìè è ðàçâèòèå ïðîèçâîäñòâà» (Ukrayna) beynəlxalq jurnalların redaksiya heyətinin üzvü seçilmiş və «Information Technology Magazine» (Azerbaycan) və “Ôîðìóëà óñïåõà” (Azərbaycan) jurnallarınin elmi məsləhətçisidir.
Evlidir, iki övladı var.
copyright © 2009 - 2017