Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev 
Ana səhifə Xəritəsi Kəndləri Şəhidlər Tanınmışlar Söhbət
  ƏLAQƏLİ LİNKLƏR
    yardimli-ih.gov.az
    yardimli.edu.gov.az
    fb.com/yardimlisheheri
Şəhid Seyfəddin İsmayılov
İsmayılov Seyfəddin Gülağa oğlu - 1973-cü ilin yanvar ayının 20-də Yardımlı rayon Yardımlı qəsəbəsində anadan olmuşdur. O, 1980-ci ildə Yardımlı rayon M.F.Axundov adına Yardımlı rayon 1 saylı orta məktəbinə daxil olmuş və 1990-cı ildə həmin məktəbi bitirmişdir.

1991-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılmış, həqiqi hərbi xidmətini Ukrayna Respublikası, Kiyev şəhəri ətrafında Motoatıcı briqadaların birində hərbi xidmət keçmişdir. Lakin SSSR-nin süquta uğraması nəticəsində Azərbaycan əsgərləri postsovet məkanından geri cağırılır.

1992-ci ilin yanvar ayında Azərbaycan ordusuna çağırılan Seyfəddin Bakıdakı hərbi hissələrin birində təlim keçdikdən sonra Laçın - Qubadlı - Ağdərə rayonlarının müdafiəsində iştirak edir. Lakin o, 1993-cü ilin iyun ayında Qubadlı rayonunun müdafiəsində ayaq nahiyəsindən ağır yaralanır. Doğma rayonuna qayıdan Seyfəddin sağaldıqdan sonra yenidən orduya qayıdır, bu dəfə o 701-ci motoatıcı briqadanın əlahiddə kəşfiyyat bölüyündə xidmət etməyə başlayır. Bu zaman həmin briqada Kəlbəcərdə döyüşlərdə iştirak edirdi.

Seyfəddin 1994-cü ilin fevral ayının 7-də Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. İgid döyüşçünün meyidi ana yurdu Yardımlı rayonuna gətirilərək fevral ayının 10-da dəfn olunur.

Şəhid Seyfəddin İsmayılovun adı əbədiləşdirilmişdir. Yardımlı rayonunda küçə və istirahət parkı onun adını daşıyır. Yazıçı - publisist Ələsgər Cəfərovun "İgid Ölər adı qalar" sənədli publisistik kitabı Seyfəddin İsmayılovun şərəfli ömür yoluna həsr olunmuşdur.
copyright © 2009 - 2017
Foto qalereya | Müəllifdən