Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev
Ana səhifə Müəllif Simalar Şəhidlər Kəndləri Xəritəsi






























































  LİNKLƏR
    yardimli.net
    yardimli.tk
Niftəliyev Cəmil
Niftəliyev Cəmil Səmədxan oğlu - 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində dünyaya gəlmişdir. Orta təhsilini Qaradağ rayonunun 233 saylı məktəbində almışdır. Təhsilini başa vuraraq, 1986-cı ildə hərbi xidmətə çağırılmışdır. Dörd ay Özbəkistanda snayperlik kursu keçdikdən sonra, Əfqanıstana göndərilmiş, atıcı batalyonunda xidmət etmişdir. Xidmət zamanı və döyüşlərdə göstərdiyi şücaətə görə bir neçə dəfə medallarla və fəxri fərmanlarla təltif edilmişdir. 1989-cu ildə ordudan tərxis olunaraq Cəmil vətənə dönür və DİN-nin Səbail rayon Yanğından Mühafizə İdarəsində işləməyə başlamışdır. Ermənilərin təcavüzünə məruz qalmış torpaqlarımızın müdafiə olunmasında igid oğul C. Niftəliyev silaha sarılaraq vətənin müdafiəsinə qalxdı. 10 mart 1992-ci ildə Ağdam döyüş bölgəsinə yollandı. Öz xahişi ilə döyüş bölgəsində qalan Cəmil Ağdamın bir çox bölgələrində rəşadətlə vuruşur. 1992-ci il martın 29-da Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı 233 saylı orta məktəb və Yanğından Mühafizə İdarəsininn yanğınsöndürən gəmisi onun adını daşıyır.
copyright © 2009 - 2017