Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev
Ana səhifə Müəllif Simalar Şəhidlər Kəndləri Xəritəsi






























































  LİNKLƏR
    yardimli.net
    yardimli.tk
Nurəddin Mehdixanlı
Əslən Yardımlı rayonundan olan Quliyev Nurəddin Əzulla oğlu 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.
1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.
Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.
Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar:

* Mehdi və İkinci reportyor (лSəhra yuxuları╗, Anar),
* Muxtar (лTəhminə və Zaur╗, Anar),
* Xasay və Hidayət xan (лXurşidbanu Natəvan╗, İlyas Əfəndiyev),
* Kamran (лUnuda bilmirəm╗, İlyas Əfəndiyev),
* Təbriz (лBüllur sarayda╗, İlyas Əfəndiyev),
* Böyük bəy (лMahnı dağlarda qaldı╗, İlyas Əfəndiyev),
* Məşədi Təhməz (лŞeyx Xiyabani╗, İlyas Əfəndiyev),
* Ayaz Turan (лSevgililərin cəhənnəmdə vüsalı╗, İlyas Əfəndiyev),
* Eldar və Vaqif (лVaqif╗, Səməd Vurğun),
* Ross (лMaqbet╗, Uilyam Şekspir),
* Aydın (лAydın╗, Cəfər Cabbarlı),
* Əbu Übeyd (лOd gəlini╗, Cəfər Cabbarlı),
* Ərtoğrul (лAfət╗, Hüseyn Cavid),
* Elxan (лİblis╗, Hüseyn Cavid),
* Şair (лFəryad╗ Bəxtiyar Vahabzadə),
* Şahin (лRəqabət╗ Bəxtiyar Vahabzadə),
* Gur Şad (лÖzümüzü kəsən qılınc╗, Bəxtiyar Vahabzadə),
* Yaralı əsgər (лHələ лsevirəm╗ deməmişdilərЕ╗, R. Novruz),
* İppolit (лFedra╗, J.Rasin),
* Rəşid Axundov (лBrüsseldən məktudlar╗, Həsən Həsənov),
* Bəbir bəy (лDirilən adam╗, Mir Cəlal),
* Şəmistan ağa (лÖlüləri qəbiristanlıqda basdırın╗, İsmayıl Şıxlı),
* Nemət Həsənzadə (лBu dünyanın adamları╗, Hidəyət),
* Vətən (лXəcalət╗, Hüseynbala Mirələmov).
Aktyor Azərbaycan Dövlət Televiziyasında:
* Ə. Əhmədovanın лPəncərədə işıq╗ (Toğrul),
* C.Cabbarlının лSolğun çiçəklər╗ (Bəhram),
* N.Həsənzadənin лKimin sualı var?╗ (İlham),
* B.Vahabzadənin лVicdanla üz-üzə╗ (Hakim)

Teletamaşalarında iştirak edib.
лDədəm Qorqudun kitabı╗ dastanın motivləri əsasında лDədə Qorqud╗ çoxseriyalı televiziya filmində Bayandur xan, лBəyaz həyat╗da Vüqar Quliyev rollarına çəkilib.
Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına qayiq görülüb. Prezident təqaüdçüsüdür. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 1995-ci ildən VHP sədrinin müavinidir.

Filmoqrafiya
1. Absurdistan (film, 2008)(tammetrajlı bədii film)
2. Araqarışdıran (1987)
3. Azərbaycan Xanlıqları: Naxçıvan və İrəvan Xanlıqları. V Film (2002)
4. Bəyaz Həyat (2003)
5. Bizim Qəribə Taleyimiz (2005)
6. Cavad Xan (2009)
7. Cavad Xan. Filmin Filmi. 5-ci Veriliş (2007)
8. Cavad Xan. Filmin Filmi. Ölümün Zirvəsi. 1-ci Veriliş (2007)
9. Cavid Ömrü (2007)
10. Doğan Günəş (2002)
11. Ənvər Həsənov. Yeddi Oğuldan Biri (2007)
12. Güllələnmiş Heykəllər (2002)
13. Gürzə (2008)
14. İlahi Heyvan (2009)
15. İşarəni Dənizdən Gözləyin (1986)
16. Kimin Sualı var? (İlham)
17. Qafqaz (2007)
18. Məhkumlar (2007)
19. Pəncərədə İşıq (film-tamaşa)
20. Solğun Çiçəklər (Bəhram)
21. Son Arzu (2003)
22. Təlatüm (2006)
23. Vicdanla Üz-Üzə (Hakim)
copyright © 2009 - 2017