Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev 
Ana səhifə Xəritəsi Kəndləri Şəhidlər Tanınmışlar Söhbət
  ƏLAQƏLİ LİNKLƏR
    yardimli-ih.gov.az
    yardimli.edu.gov.az
    fb.com/yardimlisheheri
Şəhid Nürəddin Mirzəyev
Nürəddin Mirzəyev 1996-ci ilin 20 dekabr günündə Yardımlı rayonunun Honuba kəndində anadan olub.

2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Əsgər Nürəddin Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Nürəddin Mirzəyev doğulduğu Yardımlı rayonunun Honuba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nürəddin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
copyright © 2009 - 2017
Foto qalereya | Müəllifdən