Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev
Ana səhifə Müəllif Simalar Şəhidlər Kəndləri Xəritəsi






























































  LİNKLƏR
    yardimli.net
    yardimli.tk
Vəli Məmmədov
Məmmədov Vəli Hüseyn oğlu - 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda qulluqçu ailəsində anadan olmuşdur.
Yardımlı kənd orta məktəbində təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlamışdır: Yardımlı rayon dövlət bankında mühasib işləmişdir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947-1952). Burada rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952-19953). ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N. Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmışdır (1953- 1956). Universitetin komsomol komitəsinin katibi seçilmişdir (1956-1957). Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunda kiçik elmi işçi olmuşdur (1957-1960. Bu dövrdə "Azərbaycan ədəbiyyatı tarixinin (üç cilddə; ikinci cildinin yazılması və Hazırlanmasında fəal iştirak etmişdir.
Azərbaycan KP MG-da təlimatçı, şöbə müdiri (1960-1963), Baş Siyasi Ədəbiyyat idarəsinin rəisi (1963-1965), yenidən Azərbaycan KP MK-da elm və mədəniyyət şöbəsinin müdir müavini (1965-1966), Bakı şəhər partiya komitəsində ideologiya üzrə katib (1966-1971), siyasi maarif evinin müdiri, eyni zamanda Azərbaycan KP MG təbliğat və təşviqat şöbəsinin müdir müavini (1971-1988), indiki Səbayel rayon partiya komitəsinin birinci katibi (1988-1990) vəzifələrində işləmişdir.
Bununla belə, tələbəlik dövründən ədəbi fəaliyyətlə ardıcıl məşğul olmuşdur. N Nərimanovun ilk tədqiqatçısı, yorulmaz təbliğatçısı olmuşdur. Arxivlərdən, dövri mətbuatdan, istərsə də ayrı-ayrı adamlarından Nərimanovun Həyatı və irsinə dair zəngin material toplamışdır "Nəri-man Nərimanov" (1957) monoqrafiyası tədqiqatçıların stolüstü kitabı olmuşdur. Sonralar tərtibatçı və ya redaktor kimi N.Nərimanovun seçilmiş əsərlərinin nəşrinə yaxından kömək etmişdir. İkinci dünya müharibəsi dövründə faşizmə qarşı amansız mübarizə aparan "Gənc qvardiya" gizli təşkilatın üzvlərindən birinin Əli Dadaşovun azərbaycanlı olmasını müəyyən edib onun Haqqında "Vətən uğrunda" (1960) kitabçasını yazıb çap etdirmişdir. İctimai fikrin və Azərbaycan ədəbiyyatının problemləri onu həmişə düşündürmüşdür: Bu istiqamətdə çoxlu elmi kütləvi məqalələri dərc olunmuşdur.
20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biridir, məlum vertalyot qəzasında həlak olub.
copyright © 2009 - 2017