Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev 
Ana səhifə Xəritəsi Kəndləri Şəhidlər Tanınmışlar Söhbət
  ƏLAQƏLİ LİNKLƏR
    yardimli-ih.gov.az
    yardimli.edu.gov.az
    fb.com/yardimlisheheri
Ana səhifə
Azərbaycanın cənubunda, Peştəsər sıra dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı təbiətinin gözəlliyi və rəngarəngliyi ilə insanı valeh edir.

Rayon ərazisinin böyük sahəsi meşələrlə örtülmüşdür. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Qışda burada torpaq başdan-başa qar ötrüyü altında olur.

Yardımlıda istirahət üçün ən münasib vaxt bahar və yay fəsilləridir. Rayonun zəngin faunası var. Burada canavar, çaqqal, qaban, ayı və bir sıra başqa heyvan növləri yaşayır. Masallı - Yardımlı avtomagistralının 25-ci km-də "Şəlalə" adı ilə məhşur olan gözəl bir guşə var. Bura rayon sakinlərinin sevimli istirahət yeridir. Bu rayonda qədim xalq sənəti - xalçaçılıq adət-ənənələri qorunub saxlanmışdır.

Rayonun inzibati mərkəzi - Yardımlı şəhərində daş döşənmiş küçələr, arxitekturası ilə maraq doğuran binalar, tarix muzeyi, kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var.
copyright © 2009 - 2017
Foto qalereya | Müəllifdən