Əslən Yardımlı rayonunun Perimbel kəndindən olan Mirəşrəf Fətiyev 1966-cı il fevralın 7-də Bakı şəhərində doğulub.
Moskva Kommunal Təsərrüfat İnstitutunu bitirən soydaşımız uzun illərdir Rusiyada yaşayır və Ümumrusiya Azərbaycanlıları Konqresində (ÜAK) fəaliyyət göstərir. O, DAK-ın Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri olmaqla yanaşı, Moskva şəhər Yaşıllaşdırma İdarəsinin - "Moszlenstroy" QSC-nin baş direktorudur. Eyni zamanda Moskvanın fəxri memarıdır.
İqtisad elmləri doktoru olan soydaşımız elmi fəaliyyətlə də məşğuldur. |